30-dan çox yararsız F-16 Kiyevə ötürülür

 30-dan çox yararsız F-16 Kiyevə ötürülür
  08 Aprel 2024    Oxunub:949
Yunanıstan ordudan çıxarılmış 108 köhnə qırıcısını satacaq.
Onlardan 32 "F-16C/-D Blok 30" Ukraynaya verilə bilər. Bu fikirlər Yunanıstanın “Newsbreak” informasiya portalında dərc olunan məqalədəndir.

Nəhayət ki, Ukrayna müharibəsində F-16 işə salınır - "Politico"
Qeyd edilir ki, 2030-cu ilə qədər Yunanıstan genişmiqyaslı islahatlar aparmağı və köhnə qırıcıları 200 4-cü və 5-ci nəsil təyyarələrlə əvəz etməyi planlaşdırır. Portal bununla bağlı milli müdafiə naziri Nikolaos Dendiasın sözlərindən sitat gətirib.

Afina bu məqsədinə çatmaq üçün 108 qırıcısını satacaq ki, onlar da aiviasiya xidmətdən çıxarılmış texnikalar olacaq. İlkin hesablamalara görə, ölkə 2,5 milyard avroya qədər gəlir əldə edəcək. Eyni zamanda, 3-cü nəsil F-4E qırıcılarının satış şansının faktiki olaraq sıfıra bərabər olduğu vurğulanır.

“Tamamilə fərqli bir vəziyyət 32 F-16C/-D Blok 30-la bağlı da yaranıb. Onların Ukraynaya təhvil verilməsi demək olar ki, qaçılmaz proses sayılır. 24 "Mirage 2000-5 Mk. 2" -nin 14-ü isə yenidir. Bu təyyarələrin 15-i qəza nəticəsində sıradan çıxıb. Yerdə qalan qırıcılar köhnə Mirage 2000EGM/-BGM-nin təkmilləşdirilmiş formalarıdır. Bu qırıcıların Ukraynaya ötürülməsi və ya Hindistana satılması əlbəttə ki, Fransanın razılığı ilə mümkün olacaq”, - məqalədə yazılıb.
AzVision.az



Teqlər:   Ukrayna   Qırıcı  





Xəbər lenti