Şri-Lanka xarici borcunun 2 milyard dollarını ödəyib

Şri-Lanka xarici borcunun 2 milyard dollarını ödəyib
  08 Aprel 2024    Oxunub:728
Şri-Lanka hökuməti xarici borcunu və xarici kreditlərin faizləri üçün təxminən 2 milyard dollar ödəyib.
Bu barədə Kolomboda keçirilən mətbuat konfransında Şri-Lanka Dövləti Baş İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Racit Kirti Tennakone bildirib. Onun sözlərinə görə, çoxtərəfli kreditlər və faizlər üzrə ödənişlər 2022-ci ilin iyulundan 2024-cü ilin fevralına qədər həyata keçirilib, vaxtı keçmiş ödənişlər olmayıb.

Şri-Lanka Asiya İnkişaf Bankına 760,1, Asiya İnfrastruktur İnvestisiya Bankına 7 milyon, Avropa İnvestisiya Bankı 22,3 milyon, Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fonduna17,9 milyon , Beynəlxalq Valyuta Fonduna 9,8 milyon dollar məbləğində ödənişlər həyata keçirib.

Tennakone əlavə edib ki, AİB və BVF Şri Lanka hökumətinə borcun vaxtında ödənilməsi üçün əlavə maliyyə dəstəyi verib.

AzVision.az


Teqlər:





Xəbər lenti