Tramp ABŞ-a gələn miqrantların yaratdığı təhlükədən danışıb

Tramp ABŞ-a gələn miqrantların yaratdığı təhlükədən danışıb
  08 Aprel 2024    Oxunub:755
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-a gələn miqrantların yaratdığı təhlükəyə diqqət çəkib.
“The New York Times” qəzetinin yazdığı kimi, onun fikrincə, Amerika sərhədini keçən insanlar “keçmiş məhbuslar”, onların ölkələri isə “fəlakət”dir.

Nəşrin yazdığına görə, eks-prezident Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasının bir sıra ölkələrindən olan mühacirləri belə təsvir edib. Eyni zamanda Tramp “yaxşı ölkələrdən” insanların ABŞ-a gəlməməsindən şikayətlənib. Nəşr onun sözlərini sitat gətirir:

“Niyə biz insanların yaxşı ölkələrdən gəlməsinə icazə verə bilmirik. Mən yaxşı ölkələrdən danışıram. Bilirsiniz, Danimarka, İsveçrə kimi. Danimarkadan gələnlər varmı? Bəs İsveçrə? Bəs Norveç?”.

Daha əvvəl Tramp bildirib ki, ABŞ prezidenti Co Baydenin siyasəti ölkədə qeyri-qanuni miqrantların sayının 15 milyona qədər artmasına səbəb olub.Onun fikrincə, hazırkı prezident böhranın real miqyasını çətin anlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti