Türkiyə Ay stansiyası layihəsində iştirak etmək istəyir

Türkiyə Ay stansiyası layihəsində iştirak etmək istəyir
  08 Aprel 2024    Oxunub:814
Türkiyə Rusiya və Çinin təşkil etdiyi Beynəlxalq Elmi Ay Stansiyası layihəsində iştirak üçün müraciət edib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) direktoru Anatoli Petrukoviç məlumat verib.

“Beynəlxalq Ay stansiyasında digər ölkələrin də iştirakı planlaşdırılır, bu təkcə Rusiya-Çin və ya Çin-Rusiya stansiyası deyil. Stansiyada iştirak üçün Türkiyədən, məsələn, başqa ölkələrdən müraciətlər var”, o, mətbuat konfransı zamanı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti