Yeni Zelandiya miqrant işçilərin sayını məhdudlaşdıracaq

   Yeni Zelandiya miqrant işçilərin sayını məhdudlaşdıracaq
  08 Aprel 2024    Oxunub:1052
Yeni Zelandiya yerli əmək bazarını qorumaq və işsiz vətəndaşların sayını azaltmaq üçün miqrant işçilərin sayını məhdudlaşdıracaq.
Bu barədə Radio New Zealand immiqrasiya naziri Erika Stenforda istinadən məlumat verib. Qeyd olunub ki, ölkənin miqrasiya qanunvericiliyində aprelin 8-dən qüvvəyə minmiş dəyişikliklər əmək miqrantlarının sayını azaldacaq, işəgötürənlərin diqqətini yerli resurslara yönəldəcək və xaricdən yalnız yüksək ixtisaslı mütəxəssisləri cəlb edəcək.

Yeni qanunvericiliyin bir hissəsi kimi, miqrant işçilərdən ingilis dilini bilmələri tələb olunacaq, onların bilik və təcrübələri tutduğu vəzifə üçün minimum tələblərə cavab verməlidir və Yeni Zelandiyada qalma müddəti əvvəlki kimi beş deyil, üç il ilə məhdudlaşdırılacaq.

“Keçən il biz 52 min aşağı ixtisaslı işçi cəlb etdik, 20 mindən çox yeni zelandiyalı isə əksinə, işsiz qaldı və müavinət almağa başladı. Məqsədimiz ilk növbədə ölkə vətəndaşlarını işlə təmin etməkdir” deyən Stanford, 2023-cü ildə aşağı ixtisaslı işçilərin ölkəyə köçənlərin demək olar ki, üçdə birini təşkil etdiyini qeyd etdi.

AzVision.az


Teqlər:





Xəbər lenti