İrəvandan yeni "islahat": Əsgərlər daha "Ura!" deməyəcəklər

İrəvandan yeni "islahat":  Əsgərlər daha "Ura!" deməyəcəklər
  08 Aprel 2024    Oxunub:1015
Ermənistan Silahlı Qüvvələri sovet dövründən qalan “Ura!” nidasından imtina etməyi planlaşdırır.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.

Qeyd edilir ki, təntənəli "Ura!"nı komandir şəxsi heyəti təbrik edən vaxtı səslənəcək "Keççe" nidası əvəzləyəcək. “Keççe” isə erməni dilindən tərcümədə “yaşasın” deməkdir.

Eyni zamanda, Ermənistan ordusu hərbçinin öz rəislərinə cavab verən zaman digər Sovet ordusundan qalmış “Oldu” və s. kimi hərbi cavabları dəyişməyi planlaşdırmır.

Ermənistan Müdafiə Nazirliyi yeni nizamnaməyə keçidin orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcəyini bəyan edib. Qurum həmçinin açıqlamasında əlavə edib ki, qarşıya nizamnamənin digər ölkələrin ordularının modelinə uyğunlaşdırılması vəzifəsi qoyulmayıb.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti