Rusiyanın 39 regionunda binalar su altında qaldı

Rusiyanın 39 regionunda binalar su altında qaldı
  08 Aprel 2024    Oxunub:767
Rusiyanın 39 regionunda 10,4 mindən çox yaşayış binası su altında qalıb.
AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, qarın sürətlə əriməsi səbəbindən daha çox daşqın olacağı proqnozlaşdırılır.

Məlumata görə, daşqınlarla bağlı ən çətin vəziyyət bir gündə təxminən 4 min yaşayış binasının və 8,7 min təsərrüfat sahəsinin su altında qaldığı Orenburq vilayətindədir.

Fövqəladə vəziyyət zonasından 6,1 min nəfər təxliyə edilib. Bölgədə 1200 nəfərin qaldığı 33 müvəqqəti yaşayış məntəqəsi fəaliyyət göstərir.

Eyni zamanda Samara vilayətində 50 fərdi yaşayış binası, 901 şəxsi torpaq sahəsi və magistralın bir hissəsi su altında qalıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti