Kanada süni intellektin inkişafına milyardlar ayırır

 Kanada süni intellektin inkişafına milyardlar ayırır
  08 Aprel 2024    Oxunub:908
Kanada süni intellektin inkişafına 2,4 milyard Kanada dolları (1,7 milyard dollar) sərmayə qoyacaq.
Bu barədə Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidməti məlumat yayıb. "Qarşıdan gələn 2024-cü il büdcəsindən 2,4 milyard Kanada dolları paketi ölkənin süni intellekt sahəsində üstünlüyünü təmin etməyə həsr olunub", - press-relizdə deyilir.

İnvestisiyalar iqtisadiyyatın milli sektorlarının dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Əsas diqqət kanadalı tədqiqatçılar və texnoloji startaplar üçün hesablama gücü yaratmaq və onlara çıxış təmin etmək, həmçinin kənd təsərrüfatı və sosial sektorlarda süni intellektlə işləyən müəssisələri inkişaf etdirməkdir.

Bundan əlavə, hökumət süni intellektin inkişafının təsirinə məruz qala biləcək kadrların yenidən hazırlanmasını təmin etmək üçün Kanada Süni İntellekt Təhlükəsizliyi İnstitutunu yaratmaq və büdcə vəsaiti ayırmaq niyyətindədir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti