İsrail-Fələstin atəşkəs danışıqları dalana dirənib

İsrail-Fələstin atəşkəs danışıqları dalana dirənib
  08 Aprel 2024    Oxunub:854
Misir xəbər mənbələri atəşkəslə bağlı müsbət açıqlamalar yaysa da, HƏMAS Reuter agentliyinə danışıqların yeni raundunda irəliləyiş olmadığını söyləyib.
AzVision.az Misirin dövlət kanalı “Əl-Qahirə” yə istinadla xəbər verir ki, bu gün Qahirədə Qəzza zolağında atəşkəs üzrə növbəti danışıqların baş tutub. Danışıqlarda İsrail, Qətər və ABŞ-ın nümayəndə heyətləri iştirak edib. Bu dəfə Amerikanı Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börns təmsil edib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda Misirin prezidenti Əbdülfəttah Əs-Sisiyə və Qətər əmiri Təmim bin Həməd Al-Taniyə atəşkəs danışıqlarının sürətləndirilməsi ilə bağlı iki xüsusi məktub göndərib.
Bildirilir ki, Bayden məktublarında Misir və Qətəri “atəşkəs danışıqlarını sürətləndirmək üçün HƏMAS -a təzyiq göstərməyə” çağırıb.

Məsələ ilə bağlı Qahirə və Doha heç bir şərh verməyib.

2023-cü ilin oktyabr ayının əvvəlində HƏMAS-ın 1200-ə yaxın insanın ölümünə səbəb olan transsərhəd hücumuna cavab olaraq İsrail Qəzza zolağına əks hücuma keçmişdi.

8 aprel,2024-cü il tarixinə olan məlumata görə, davam edən müharibə nəticəsində 34.000-dən çox (33.091 fələstinli və 1.410 israilli) insan həyatını itirib . Həmçinin 95 jurnalist, 224-dən çox humanitar yardım işçisi, və UNRWA-nın 179 əməkdaşı həlak olub.


Elnur Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti