Kuçma Rusiya ilə Ukraynanı Qabil və Habilə bənzətdi

Kuçma Rusiya ilə Ukraynanı  Qabil və Habilə bənzətdi
  08 Aprel 2024    Oxunub:1037
Rusiya və Ukrayna qardaş xalqlar idilər, amma indiki reallıqda onlar düşmənə çevriliblər. Bu, Moskvanın günahı ucbatından olub.
Bu fikri Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Yaponiyanın "Kyodo" nəşrinə müsahibəsində deyib.

Jurnalistin "ruslar və ukraynalılar qardaş xalqlar hesab edilirlər" replikasına cavab verən Kuçma “qardaşlar arasında düşmənçilik, hətta nifrət də olur” deyib və Qabillə Habilin bibliyadakı hekayəsini xatırladıb.

“Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir”, - Kuçma gileylənib.

Onun fikrincə, “qardaş düşmənə çevrilərsə, bu xəyanətdən də pisdir”. Keçmiş prezident hadisələrin bu cür inkişafına görə məsuliyyəti Vladimir Putinin üzərinə qoyub.

Ukraynanın eks-prezidenti vurğulayıb ki, Kiyev Moskva ilə bərabərhüquqlu və dostluq münasibətlərinə can atır. Hərçənd bu gün bu, absurd fikir kimi səslənir. Keçmiş dövlət başçısı hesab edir ki, Rusiya “hər kəsi düşmən və vassallara bölür”.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti