Sisinin iqamətgahına hücum- ölənlər var

Sisinin iqamətgahına hücum- ölənlər var
  30 İyun 2014    Oxunub:947
Misirin paytaxtı Qahirədə prezident iqamətgahına hücum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardıcıl baş verən iki partlayış nəticəsində iki polis həlak olub.

Misirin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polislər bombanı zərərsizləşdirməyə çalışanda ölüb və çoxlu sayda polis yaralanıb.
Partlayış zamanı ölkənin yeni prezidenti Əbdülfəttah əl-Sisinin iqamətgahda olub-olmadığı barədə məlumat verilməyib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti