Kiyevin silaha ehtiyacı var

   Kiyevin silaha ehtiyacı var
  08 Aprel 2024    Oxunub:884
Ukraynanın indi yalnız silaha ehtiyacı var, onun hələ NATO-ya daxil olmaq tələbi yoxdur.
Bunu “Yeni Şafak” qəzetinə müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar deyib. "Biz istəyirik ki, NATO-ya üzvlük məsələmiz müharibədən sonra nəzərdən keçirilsin, biz bunda israrlı deyilik. Hazırda Ukraynaya ancaq silah lazımdır", - diplomat bildirib.

O əlavə edib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması üçün müvafiq şərait yaradılmalıdır: NATO-ya daxil olmaq məsələsi yeni deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO üzvlüyünə layiq olduğunu bildirib.

Əslində biz NATO-ya daxil olmaq üçün şəraitin yaradılmasını istəyirik, tarixi gözləyirik. İndi Ukraynanın bununla bağlı heç bir tələbi yoxdur, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində tarixlə bağlı cavab alacağımızı gözləyirik".

AzVision.az



Teqlər:





Xəbər lenti