"Brüssel görüşü regionda təhlükəsizlik təhdidlərini daha da artırır" - Politoloq

 "Brüssel görüşü regionda təhlükəsizlik təhdidlərini daha da artırır"  - Politoloq
  08 Aprel 2024    Oxunub:1027
“Aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-Avropa İttifaqı görüşü regionda təhlükəsizlik təhdidlərinin daha da artırılmasına xidmət edir. Eyni zamanda bölgədə olan böyük dövlətlər üçtərəfli görüşə öz reaksiyalarını bildirirlər. Bu xüsusda, Rusiyanın Xarici İşlər Nazirliyi verdiyi bəyanatda qeyd edib ki, Ermənistan-ABŞ-Avropa İttifaqı formatında görüş Cənubi Qafqazda geosiyasi qarşıdurma kimi qiymətləndirilir”.
Bu sözləri AzVision.az -a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ Cənubi Qafqazda ayrıca xət çəkmək niyyətlərini ifadə edirlər:

Nikol Brüsseldə İrəvanı yeni müharibəyə sürüklədi - Ermənistan mətbuatı
“Görüş öncəsi bildirildi ki, İrəvanın Azərbaycanla olan sülh prosesinə toxunulmayacaq. Amma əldə olunan nəticələr bunu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında olan ziddiyyətlər və bir sıra fikir ayrılıqları masaya yatırılıb. Bunu həm də sonradan əldə olunan məlumatlardan da aydın sezə bilirik”.

Politoloq onu da qeyd edib ki, Brüssel görüşü qarşıdakı dövrdə Ermənistanla Rusiya arasında münasibətlərin daha da tarıma çəkilməsini büruzə verəcək:

“Ermənistan Qərblə Rusiya arasında bu cür manevrlər etməklə özü üçün uyğun şərtlər formalaşdırmağa çalışır. Əsas məsələ Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə uyğun hərəkət etmək və öhdəliklərin icrasıdır. Ermənistanın yeganə xilas yolu bundan ibarətdir”.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   Sülh  





Xəbər lenti