“Biz Azərbaycanda xoşbəxtik” – Katolik Kilsəsinin yepiskopu
Vladimir Fekete deyib ki, tez-tez ölkədəki dini konfessiyaların rəhbərləri, nümayəndələri ilə dinlərarası, mədəniyyətlərarası dialoq məsələləri üzrə müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir: “Bu məsələ ilə maraqlanan hər kəsi Azərbaycana səfər etməyə çağırıram. Cəmiyyətin xoş niyyəti və dövlət siyasəti çərçivəsində sivilizasiyalararası və dinlərarası dialoq ölkənin rifahına və inkişafına töhfə verir”.
- Biz Azərbaycan katolikləri burada öz dini etiqadımızı azad şəkildə yerinə yetirə, dini bayramlarımızı keçirə, digər dinlərin nümayəndələri ilə qarşılıqlı etimad və qardaşlıq şəraitində ünsiyyət qura, cəmiyyətin rifahına xidmət göstərə bilirik. Azərbaycan dövlətinin konkret addımlara əsaslanan dəstəyini, cənab Prezident İlham Əliyevin dini icmalara hər il ayırdığı maliyyə yardımını həmişə hiss edirik. Bütün ehtiyaclarımız dövlətin qayğısı ilə həllini tapır. Bu baxımdan, Azərbaycanda dini etiqad azadlığına hansısa məhdudiyyət qoyulduğu iddiasını irəli sürənlərə tövsiyəm budur ki, gəlib yerli dindarlarla şəxsən danışaraq, reallığı görsünlər”, - o deyib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Din Diniazadlıq