Minskdə MDB XİN rəhbərləri Şurasının iclası baş tutacaq

   Minskdə MDB XİN rəhbərləri Şurasının iclası baş tutacaq
  08 Aprel 2024    Oxunub:1124
Aprelin 12-də Belarusun paytaxtı Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat yayıb.

Onun sözlərinə görə, iclasda regional və beynəlxalq gündəmin cari aspektlərinin, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərinin müzakirəsi, habelə siyasi, mədəni-humanitar, turizm və idman sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbulu nəzərdə tutulur.

AzVision.az


Teqlər: MDB   nazir   iclas  





Xəbər lenti