Ukrayna müharibəsində həlak olan həmyerlimiz dəfn edilib

 Ukrayna müharibəsində həlak olan həmyerlimiz dəfn edilib
  08 Aprel 2024    Oxunub:1057
Rusiya-Ukrayna müharibəsində həyatını itirən həmyerlimiz dəfn edilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Cəlilabad rayonunda torpağa tapşırılıb.

V.Heydərov mart ayında Ukraynanın Avdeyevka şəhərində minaya düşüb və aldığı xəsarətlərdən həyatını itirib.

O, Cəlilabad rayonunda doğulub, sonradan Rusiyaya köçüb və həmin ölkənin vətəndaşlığını qəbul edib.

AzVision.az


Teqlər: Ukrayna   müharibə   azərbaycanlı  





Xəbər lenti