Polis narkotik və “Kalaşnikov” aşkarladı

Polis narkotik və “Kalaşnikov” aşkarladı
  09 Aprel 2024    Oxunub:617
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb. Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub.

Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti