“Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb

“Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb
  09 Aprel 2024    Oxunub:582
SİMA yeni nəsil rəqəmsal imza “Mobil notariat” tətbiqinə uğurla inteqrasiya olunub. Artıq vətəndaşlar tətbiqə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil ola bilərlər.
“Mobil notariat”a “SİMA İmza” ilə giriş etmiş vətəndaşlar tətbiqdə müxtəlif növ etibarnamə, ərizə və müqavilənin elektron formatda rəsmiləşdirilməsi, şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə bildirişin dərhal alınması, notariat sənədlərinin həqiqiliyinin və vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlanılması, respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumatın əldə edilməsini onlayn şəkildə həyata keçirə, eləcə də ölkədəki bütün notariat ofislərinin 360 dərəcə görüntüsünü izləyə bilirlər. Həmçinin tətbiqdə notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilib.

Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac olmadığından vətəndaşlar notariat xidmətlərini istənilən an istənilə yerdə mobil telefonla əldə etmiş olurlar.

AzVision.az



Teqlər:





Xəbər lenti