Ermənistan DİN: "Azərbaycanlı diversant saxlamamışıq"

   Ermənistan DİN:    "Azərbaycanlı diversant saxlamamışıq"
  09 Aprel 2024    Oxunub:968
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilir ki, polisin İrəvanın mərkəzində saxladığı şəxs narkotik maddə daşımaqda şübhəlin bilinən rusiyalı turist olub.

Məlumata görə turist daha sonra sərbəst buraxılıb. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti hadisənin ötən gecə baş verdiyini bildirib.

"Rusiya Federasiyasının vətəndaşını Maştoç prospekti ilə Əmiryan küçəsinin kəsişməsindən “götürərək” paytaxt administrasiyasının mərkəzi şöbəsinə aparılıb. Lakin onun üzərindən narkotik tapılmayıb və şübhəlinin Ermənistana turist kimi gəldiyi məlum olub", - məlumatda yazılıb.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti