Bu rus çayları Belarusda satılmayacaq: Təhlükəlidir
09 Aprel 2024
Oxunub:643
Belarusun Səhiyyə Nazirliyi Rusiyaya məxsus “ORİMİ” MMC-nin istehsal etdiyi dörd növ çayın ölkədə satışının müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edib.
Bu barədə Belarusun aidiyyəti qurumu Telegram kanalında məlumat verilib.
Söhbət "Gita" və "Princessa Kandi" brendlərinin çaylarından gedir. Nazirlikdən bildirilib ki, ərzaq məhsulları mikrobioloji təhlükəsizlik göstəriciləri üzrə müəyyən edilmiş tələblərə cavab verməyib.
Xatırladaq ki, bundan öncə TASS Ermənistanın Rusiya süd məhsullarına qadağa qoymasına hazırlaşaması barədə məlumat yaymışdı. AzVision.az