Ordumuzun mövqeləri yenidən atəşə tutulub

   Ordumuzun mövqeləri yenidən atəşə tutulub
  09 Aprel 2024    Oxunub:680
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti