İti maşına zəncirləyib apardı - VİDEO

   İti maşına zəncirləyib apardı -    VİDEO
  09 Aprel 2024    Oxunub:1061
Sosial şəbəkələrdə itin maşının arxasına bağlanaraq aparılması görüntüləri yayılıb.
Heyvanı maşına zəncirləyən şəxs görüntüləri telefonla çəkən qadının etirazından sonra onu maşının baqaj hissəsinə qoyaraq yoluna davam edib. Onun heyvanı bu şəkildə aparması etirazlara səbəb olub. Bir çox insan kişinin bu hərəkətini itə işgəncə verilməsi kimi qəbul edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti