Mobil operatorun stansiyasından oğurluq etdilər - Foto

   Mobil operatorun stansiyasından    oğurluq etdilər - Foto
  09 Aprel 2024    Oxunub:555
Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.

A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti