600-cü sahibkar "ABAD"çı adını qazandı - FOTO

600-cü sahibkar "ABAD"çı adını qazandı -    FOTO
  09 Aprel 2024    Oxunub:932
Yubilyar "ABAD"çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur.
AzVision.az xəbər verir ki, o, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.

Elnur Həsənov "ABAD” sıralarına keramika məshulları ilə qoşulub. O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir. Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.

600-cü "ABAD"çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən "ABAD" etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat ilə təltif edilib. Burada həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi baş tutub.

AzVision.az


Teqlər: ABAD  





Xəbər lenti