Putin bayram təbrikində müsəlmanları təriflədi

Putin bayram təbrikində müsəlmanları təriflədi
  10 Aprel 2024    Oxunub:672
Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Bu barədə yerli media məlumat yayıb. Təbrik Rusiya Müsəlmanları Ruhani İdarəsinin Telegram kanalında dərc olunub.

Putinin rəsmi müraciətində qeyd olunur ki, müsəlman təşkilatları Rusiyanın həyatında vətənpərvərlik, maarifləndirici və xeyriyyəçilik təşəbbüslərinin həyata keçirilməsində yaradıcı şəkildə iştirak edirlər. Həmçinin onlar gənc nəslin təhsilinə prioritet diqqət yetirərək dövlət və ictimai strukturlarla səmərəli qarşılıqlı fəaliyyət göstərir.
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti