Ruslar "tısbağa tankları" ilə heyrətləndirirlər - "Forbes"

      Ruslar "tısbağa tankları" ilə heyrətləndirirlər    - "Forbes"
  10 Aprel 2024    Oxunub:805
Rusiya döyüşlərdə hər kəsi heyrətləndirməkdən əl çəkmir. Moskva “tısbağa tank” ləqəbli T-72-ni növbəti dəfə modifikasiya edərək Krasnoqorovka yaxınlığında cəbhə xəttinə buraxıb.
Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.

5-ci "Abrams"ın vurulma anı - VİDEO
Qeyd edilir ki, tankın ekipajı Ukrayna pilotsuz təyyarələrindən müdafiə üçün özlərinə metal panellərdən nəhəng dam quraşdırıb. Tısbağa qınını xatırladan örtük tankın lüləsini normal dərəcədə fırlanmağa imkan verməyən dayaqlarla quraşdırılıb.

Lakin bu "təhlükəsizlik tədbirləri"nə baxmayaraq, onlar eyni zamanda Ukrayna PUA-larının məlum metal müdafiədən içəri keçə biləcəyi bir sıra boşluqlar buraxıblar. Bu səbəbdən "tısbağa tank" ukraynalı hərbçilər üçün asan hədəfə çevrilir.

"Forbes" yazır ki, "tısbağa tank" bütün çatışmazlıqlarına baxmayaraq, döyüş debütündən uğurla çıxa bilib.

Tank hətta piyadaları daşıyan zirehli texnika kolonunu müşayiət etdikdən sonra döyüş meydanından geri dönərək öz anqarına salamat çata bilib. Amma o, artıq yoldaikən Ukrayna kəşfiyyatının diqqətini çəkib. Kəşfiyyat tankı asanlıqla izləyərək koordinatları artileriya bölmələrinə verib. Nəticədə bir atışla tank anqarla bir yerdə məhv olub.


AzVision.az



Teqlər:   Tank   Ukrayna   Rusiya  





Xəbər lenti