Rusiya XİN: "Cənubi Qafqazda effektli vasitəçiyik"

Rusiya XİN:    "Cənubi Qafqazda effektli vasitəçiyik"
  10 Aprel 2024    Oxunub:752
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə bağlı diqqət çəkən açıqlama verib.
O, mətbuat konfransında deyib ki, Qərb regionda sabitliyi pozmağa çalışan vaxtı Rusiya özünü Cənubi Qafqaz üçün effektli vasitəçi kimi göstərib.

"Rusiya özünü qlobal miqyasda regional problemlərin yüksək effektivliklə həllində vasitəçi kimi göstərdi. Rusiya regionda sülhün bərqərar olması və bütün bölgə ölkələrinin mənafeyi naminə fəaliyyət göstərdi. Bu, fürsətçilik oyunu deyil, yalnız özünün və öz maraqlarının lehinə olan məsələdir”, - Zaxarova çərşənbə günü brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskva region ölkələri arasında və bütövlükdə bölgədə sülhün bərqərar olması üçün ümumi yanaşmalar tapmağa və ziddiyyətləri uyğunlaşdırmağa çalışmaqla Cənubi Qafqazın gələcəyinə real töhfə verib: "Və bundan sonra Qərb proseslərə mane oldu.Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Məsələ ondan ibarətdir ki, Qərbin müdaxiləsi regionda əldə olunmuş harmoniyanı pozur”.

AzVision.az



Teqlər:





Xəbər lenti