Polad Bülbüloğlu türkiyəli həmkarı ilə görüşüb

Polad Bülbüloğlu türkiyəli həmkarı ilə görüşüb
  10 Aprel 2024    Oxunub:749
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanju Bilgiçlə görüş keçirib.
AzVision.az xəbər verir ki, Polad Bülbüloğlu həmkarına müqəddəs ayın başa çatması münasibətilə səmimi-qəlbdən təbriklərini çatdırıb və onun simasında bütün qardaş türk xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri də ona və qardaş Azərbaycan xalqına bayram münasibətilə təbrik bildirərək, gələcək qələbələr və işğaldan azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar diləyib.

Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif cəhətləri, həmçinin regiondakı cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   səfir   Rusiya   görüş  





Xəbər lenti