DQ-nin Naxçıvandakı hərbi birləşməsinin yaradılması qeyd edilib - FOTOLAR

DQ-nin Naxçıvandakı hərbi birləşməsinin yaradılması qeyd edilib -    FOTOLAR
  10 Aprel 2024    Oxunub:747
Daxili Qoşunların Naxçıvandakı hərbi birləşməsinin yaradılmasının 29 illiyi qeyd olunub.
AzVision.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib, xüsusi təyinatlı dəstənin nümunəvi çıxışları olub.

Tədbirdə qazilər və ehtiyatda olan hərbi qulluqçular da iştirak edib.

AzVision.az

Qalereya




Teqlər: Daxili-Qoşunlar   Naxçıvan  





Xəbər lenti