Polad Bülbüloğlu alman həmkarı ilə görüşüb

   Polad Bülbüloğlu alman həmkarı ilə görüşüb
  10 Aprel 2024    Oxunub:1072
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Almaniyanın Moskvadakı yeni səfiri Aleksandr Qraf Lambsdorfla görüşüb.
AzVision.az xəbər verir ki, o, vəzifəyə təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin XİN-i ilə birgə həyata keçirilən tədbirlər, əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.

Almaniya səfiri Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.

Bülbüloğlu həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib, regiondakı son hadisələr, müasir reallıqlar barədə ətraflı danışıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə edilib.

Cənab Lambsdorf Polad Bülbüloğluna səmimi qəbula, çox maraqlı söhbətə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Polad Bülbüloğlu bu gün həm də İsveçrənin Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni rəhbəri Mamuka Merkviladze ilə də görüşüb.

Azərbaycan səfiri həmkarını belə şərəfli vəzifəyə təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair, həmçinin hər iki ölkənin maraq dairəsindəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud qardaşlıq münasibətini xüsusi vurğulayıb.

Merkviladze də Polad Bülbüloğluna səmimi qəbula, maraqlı söhbətinə görə təşəkkür edib.

Görüşün sonunda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

AzVision.az


Teqlər: Azərbaycan   səfir   Rusiya   Almaniya   görüş  





Xəbər lenti