Zəvvarların olduğu avtobus aşdı: 13 nəfər öldü

   Zəvvarların olduğu avtobus aşdı:    13 nəfər öldü
  11 Aprel 2024    Oxunub:888
Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə “Geo” telekanalı məlumat yayıb. Belə ki, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.

İlkin məlumata görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti