Hindistan ilk dəfə Ermənistana hərbi attaşe göndərir

 Hindistan ilk dəfə Ermənistana  hərbi attaşe göndərir
  11 Aprel 2024    Oxunub:1041
Hindistan silah ixracını genişləndirmək üçün bəzi ölkələrə hərbi attaşelər təyin edib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, ilk hərbi nümayəndə Ermənistana təyin olunacaq. Məlumata görə, əsas diqqət Afrika ölkələrinə yönəlib.

İslahat digər məsələlərlə yanaşı, Rusiya, Fransa və Böyük Britaniya kimi böyük diplomatik missiyaları olan ölkələrdə ordu, donanma və hərbi hava qüvvələrinin nümayəndələrinin sayını optimallaşdırmaq yolu ilə həyata keçirilir.

Əsas diqqət Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə verilir. Cibuti, Kot-d'İvuar, Mozambik, Polşa, Tanzaniya, Filippin və Efiopiyaya da yeni hərbi nümayəndələr göndəriləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti