"Rusiya ordusu Qərbə qarşı daha aqressiv olacaq"

 "Rusiya ordusu Qərbə qarşı daha aqressiv olacaq"
  11 Aprel 2024    Oxunub:873
Böyüyən Rusiya ordusu Qərbə qarşı daha aqressiv olacaq.
Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib. O bildirib ki, son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30-a qaldırılması ilə bağlıdır.

K.Kavolinin sözlərinə görə, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti