Blinkendən İsrailə tam dəstək

 Blinkendən İsrailə tam dəstək
  11 Aprel 2024    Oxunub:862
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qallanta İran və onun regiondakı tərəfdarlarının təhdidlərinə qarşı israilin yanında oduğunu bildirib .
AzVision.az xəbər verir ki, bu barədə Blinken onunla telefon danışığında deyib. Məlumata görə, tərəflər Qəzza böhranı və gündəmdəki digər məsələləri də müzakirə edilib. Qəzzaya daha çox yardımın daxil olmasının lazım olduğunu qeyd edən Blinken, İsrail rəhbərliyini yardımların girişini sürətləndirməyə çağırıb.

Blinken İsraildən humanitar yardım və mülki itkilərin azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirməsini gözlədiklərini də bildirib. Dünən verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden mümkün İran təhlükəsinə qarşı İsrailə dəstəyi davam etdirəcəklərini açıqlayıb.

Həmidə İbahimova
AzVision.az


Teqlər: İsrail   Qəzza   ABŞ  





Xəbər lenti