Almaniya Tehrana uçuşları dayandırıb

   Almaniya Tehrana uçuşları dayandırıb
  11 Aprel 2024    Oxunub:868
Almaniyanın “Lufthansa” aviaşirkəti İranın paytaxtı Tehrana və oradan planlaşdırılan uçuşları təhlükəsizlik səbəbi ilə dayandırdığını bildirib.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, verilən qərar Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlıdır.

Uçuşlar aprelin 11-dək dayandırılıb. Şirkətin sözçüsü qonaqların və ekipajın təhlükəsizliyinin onlar üçün prioritet olduğun deyib. Qeyd edək ki, İran və İsrail daha əvvəl bir-birini hücumla hədələyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti