Palma yarpaqları adada qalan dənizçiləri xilas etdi

   Palma yarpaqları adada qalan dənizçiləri xilas etdi
  11 Aprel 2024    Oxunub:824
Sakit Okeanın kiçik bir adasında bir həftədən çox köməksiz qalan üç dənizçi çimərlikdə palma yarpaqlarından istifadə edərək “yardım” sözünü yazıb.
AzVision.az xəbər verir ki, yazını görən ABŞ Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi dənizçiləri xilas edib.

Məlum olub ki, balıq tutmağı planlaşdıran dənizçilərin qayığı yosunlara ilişib və mühərriki zədələnib. Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, onlar bir həftə ərzində kokosla qidalanıb və adadakı kiçik bir quyudan təmiz su əldə ediblər. Xilas edilən dənizçilərin səhhətinin yaxşı olduğu açıqlanıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti