Batabat yolunda qaya uçdu - Fotolar

   Batabat yolunda qaya uçdu -    Fotolar
  11 Aprel 2024    Oxunub:785
Naxçıvan ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.




AzVision.az


Teqlər:





Xəbər lenti