Lənkəranda yeniyetmənin narkotik istifadə etməsi iddiasına DİN-dən reaksiya

   Lənkəranda yeniyetmənin narkotik istifadə etməsi iddiasına    DİN-dən reaksiya
  12 Aprel 2024    Oxunub:1020
Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. Belə ki, ana görüntülərdə övladının narkotik istifadəçisi olması ilə bağlı fikirlər səsləndirib.
AzVision.az verir ki, iddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti