Azyaşlı liftdə qaldı, FHN köməyə getdi - Video

   Azyaşlı liftdə qaldı, FHN köməyə getdi -    Video
  12 Aprel 2024    Oxunub:872
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının texniki nasazlıq səbəbindən yeddinci mərtəbəsində dayanmış liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalmış 2016-cı il təvəllüdlü Y.Əliyevi xilas edərək yaxınlarına təhvil veriblər.



AzVision.az


Teqlər:





Xəbər lenti