Ermənistanda baş leytenantımızı yaralayan sərhədçilərə cinayət işi açıldı

   Ermənistanda baş leytenantımızı yaralayan sərhədçilərə  cinayət işi açıldı
  12 Aprel 2024    Oxunub:1326
Ermənistanın Milli Təhlükəsizlik Xidməti erməni sərhədçiləri tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması ilə bağlı cinayət işinin başlandığını elan edib. MTX -dan bildirilib ki, erməni sərhədçilərin qanunsuz hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan sərhəddində atışma baş verib və Azərbaycan sərhədçisi yaralanıb.
Xidmətin məlumatına görə, aprelin 10-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının müddətli hərbi qulluqçusu erməni çobanın və sürüsünün azaraq Azərbaycan ərazisinə keçdiyini öyrənib və xidmət yoldaşları ilə birgə sərhədi icazəsiz keçərək mal-qaranı geri qaytarmaq qərarına gəlib.
Sərhədçimizin yaralanması ilə bağlı cinayət işi açılıb


" O, bununla da ehtiyatsızlıqdan külli miqdarda ziyan vurub, atışmaya səbəb olub, insanların həyat və sağlamlığına təhlükə törədərək xidmət qaydalarını pozub. Hadisə nəticəsində Azərbaycan sərhəd xidmətinin əsgəri yaralanıb.

Baş verənlərdən təəssüfləndiyimizi bildirərərk, Sərhəd Xidmətinin hərbi qulluqçularının xidmət qaydalarına ciddi əməl etmələri və belə halların aradan qaldırılması üçün tədbirlər görülüb”,- Ermənistan MTX-dan bildirilirb.

Daxili araşdırmanın nəticələri ilə bağlı İstintaq Komitəsinə müvafiq müraciət göndərilib, faktla bağlı cinayət işi başlanıb, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, aprelin 10-da Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlu Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti