Ermənistanda hərbçilər qəzaya düşüb: 4 ölü

   Ermənistanda hərbçilər qəzaya düşüb:  4 ölü
  12 Aprel 2024    Oxunub:900
Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Bu gün saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan "Ural" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər: Ermənistan   hadisə   qəza   hərbçilər  





Xəbər lenti