İki boksçumuz Avropa çempionatının finalına yüksəlib

İki boksçumuz Avropa çempionatının finalına yüksəlib
  12 Aprel 2024    Oxunub:995
Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib.
AzVision.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

48 kiloqramda Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqrau (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kiloqram) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.

AzVision.az


Teqlər: idman   boks   Avropa-çempionatı   final  





Xəbər lenti