“İrəvanla Bakı arasında sülh Astananın maraqlarına uyğundur”

   “İrəvanla Bakı arasında sülh Astananın maraqlarına uyğundur”
  13 Aprel 2024    Oxunub:1480
Qazaxıstan Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün istənilən səyləri dəstəkləyir, çünki bu, Astananın maraqlarına uyğundur.
Bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan Yerevana səfəri öncəsi “Armenpress” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə , İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Astananın maraqlarına uyğundur.

“Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”.

O xatırladıb ki, dünya birliyinin fəal və məsuliyyətli iştirakçısı kimi Astana daim sülhməramlı təşəbbüsləri irəli sürməklə beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.

Tokayev Ermənistana səfər edəcək
“Əlbəttə, Qazaxıstan bu mövzuya (Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması – Qeydi) biganə qalmır. Qazaxıstan BMT Nizamnaməsində təcəssüm olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə fundamental öhdəliyini daim saxlayır. Bu kontekstdə BMT-nin beynəlxalq məsələlərdə, sülhün və sabitliyin qorunmasında mərkəzi rolu Qazaxıstan üçün mübahisəsiz olaraq qalır”.

Eyni zamanda, o, etiraf edib ki, hər kəs sülhə nail olmaq yolunu özünəməxsus şəkildə dərk edəndə və başqalarının maraqlarını nəzərə almadan öz sülh modelini təbliğ edəndə bu, gərginlik mənbəyinə çevrilir.

“Bu baxımdan mən qəti əminəm ki, istənilən ziddiyyətlər, o cümlədən dövlətlərin ərazi bütövlüyü ilə bağlı olanlar BMT Nizamnaməsinin norma və prinsiplərinə uyğun olaraq müstəsna olaraq siyasi və diplomatik dialoq yolu ilə həll edilməlidir. BMT çərçivəsində yaradılmış dəyərlər sistemi dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün bələdçi olaraq qalmalıdır”.

AzVision.az



Teqlər:   Tokayev   Bakı  





Xəbər lenti