ABŞ İsrail ərazisinə istənilən hücumu dəf etməyə hazırdır
“ABŞ-ın İsrailə atılan raketləri ələ keçirməyə hazır olması iki ölkənin hərbçiləri arasında davam edən əməkdaşlığın səviyyəsinin bariz göstəricisidir”, - deyə telekanal bildirib.
Telekanalın mənbələrinə görə, ABŞ İranın pilotsuz təyyarələr və qanadlı raketlər də daxil olmaqla, ölkə daxilində hərbi qüvvələrini hərəkətə gətirməsindən xəbərdardır.
Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, İran hökuməti İsrailə hücumla bağlı hələ yekun qərar qəbul etməyib.
Bayden daha əvvəl İrana İsrailə hücum etməmək barədə xəbərdarlıq etmişdi.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: