Pakistanda silahlılar yolu kəsdi: 11 nəfər öldürüldü

 Pakistanda silahlılar yolu kəsdi:  11 nəfər öldürüldü
  13 Aprel 2024    Oxunub:805
Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb.
Bu barədə News portalı məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda avtomobil yolunu bağlayıblar. Nuşki komissarının müavini Həbibullah Musaxel bildirib ki, silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb.

Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb. Daha sonra yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıb. Səlahiyyətlilər 9 nəfərin hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər.

Polis bildirib ki, silahlı hücuma görə məsuliyyəti Bəluc separatçı təşkilatının üzvləri daşıyır. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti