Kuril adalarında vulkan 2,5 km hündürlüyə kül atıb - FOTO

Kuril adalarında vulkan 2,5 km hündürlüyə kül atıb    - FOTO
  13 Aprel 2024    Oxunub:853
Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Rusiya, Saxalin vilayəti) Ebeko vulkanında 2,5 km hündürlükdə kül emissiyasını qeydə alıblar.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

“Partlayışlar Ebeko vulkanının külünü dəniz səviyyəsindən 2,5 km yüksəkliyə qaldırıb, kül şelfi vulkanın cənub-şərqinə doğru 7 km uzanıb”, - deyə məlumatda qeyd olunub.

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 m-dir, aviasiya təhlükəsi üçün narıncı rəng kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti