"Cəbhədə vəziyyət kəskin şəkildə gərginləşib" - Aleksandr Sırski

   "Cəbhədə vəziyyət kəskin şəkildə gərginləşib" -  Aleksandr Sırski
  13 Aprel 2024    Oxunub:917
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Şərq Cəbhəsində vəziyyətin xeyli pisləşdiyini bildirib.
AzVision.az xəbər verir ki, bu, rusların hücum hərəkətlərinin əhəmiyyətli dərəcədə intensivləşməsi ilə bağlıdır.

"Düşmən zirehli texnikanın dəstəyi və hücum qrupları ilə Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla tank və piyada döyüş maşınından istifadə edərək müdafiəmizi yarmağa çalışır. Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, - deyə general-polkovnik deyib.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:





Xəbər lenti