İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib |
"Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb. Lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə hərəkətə keçəcək", -Bagiri bildirib və əlavə edib ki, əməliyyat uğurla baş tutub.
Baş Qərargah rəisi xəbərdarlıq edib ki, İsrail İranın maraqlarına, rəsmilərinə və mülki şəxslərə hücum etmək qərarına gələrsə, İran qarşılıqlı cavab verəcək.
İran mediasında əməliyyat “Vəd yerinə yetirildi” adlandırılıb.
Şahanə Rəhimli
AzVision.az