Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

    Kürdə batan ata və qızının axtarışları davam etdirilir -    VİDEO
  14 Aprel 2024    Oxunub:908
Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Bu barədə AzVision.az - a FHN-dən məlumat verilib.

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb ediliblər.

Hazırda 1993-cü il təvəllüdlü Vaqif Tahir oğlu Süleymanlı və 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti