NYT: Bayden İsraili İrana qarşı qisas əməliyyatından çəkindirdi

      NYT:    Bayden İsraili İrana qarşı qisas əməliyyatından çəkindirdi
  14 Aprel 2024    Oxunub:1124
"İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı apardıqdan sonra İsrail İrana cavab zərbəsi endirməməyə qərar verib".
Bu barədə The New York Times və Axios mənbələrinə istinadən məlumat verir. Onların sözlərinə görə, İsrail İranın nüvə obyektlərinə hücum imkanlarını nəzərdən keçirir.

"Siz qalib gəldiniz. Qələbəni qəbul edin”, - deyə Bayden İsrailin baş nazirinə bildirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İranın raket və pilotsuz təyyarələrinin 99%-i İsrailə yaxınlaşarkən məhv edilib. Mənbələr bildirir ki, Co Bayden İsrailin baş nazirini inandırmağa çalışır ki, İranın hücumunu uğurla dəf etmək artıq qisas tələb etməyən böyük strateji qələbədir.

Nəşrin məlumatına görə, Co Bayden ABŞ-ın İsrailin İrana qarşı əməliyyatlarında iştirak etməyəcəyi və onlara dəstək verməyəcəyi barədə xəbərdarlıq edib. Benyamin Netanyahu cavab verib ki, Amerika prezidentinin qərarını anlayır.

İsrailin Ynet nəşrinin məlumatına görə, İsrail hakimiyyəti İranın nüvə obyektlərinə zərbə endirmək də daxil olmaqla, cavab üçün bir neçə variantı nəzərdən keçirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti